Müharibəni onlarsız təsəvvür etmək mümkün deyil| Ümumqoşun әmәliyyatlarinda PUA-ların yeri vә rolu - EKSPERT BAXIŞI

2022/02/30-4936810365.jpg
Oxunub: 8984     22:30     23 Fevral 2022    
XX әsrin sonlarından etibarәn ümumqoşun әmәliyyatlarında kәşfiyyatın marağında PUA-dan geniş istifadә edilmәyә başlanılıb.

PUA-nın tәtbiqi qarşıdakı düşmәnin döyüş tәrkibi vә qabiliyyәti, mәnsubiyyәti, mövqeyi vә qoşun qruplaşmasının aşkarlanması edilmәsi, atәş, REM, kәşfiyyat vә HHM vasitәlәrinin, idarәetmә mәntәqәlәrinin, ordu aviasiyası aerodromları vә enmә meydançalarının, düşmәn rayonlarının (mövqelәrinin) mühәndis tәchizatının sәviyyәsi vә xarakteri, maneәlәr sisteminin, yeni silahlı mübarizә vasitәlәrinin üzә çıxarılması, idarәetmә mәntәqәlәrinin vә digәr mühüm obyektlәrin dәqiq koordinatlarının müәyyәn edilmәsindә mühüm әhәmiyyәtә malikdir. Hәmçinin taktiki fәaliyyәtlәr aparılan әrazinin fiziki-coğrafi xüsusiyyәtlәrinin qiymәtlәndirilmәsi, әsas kәşfiyyat vasitәsi kimi әmәliyyatın müvәffәqiyyәtlә başa çatdırılması mәqsәdilә döyüş meydanına nәzarәt etmәyә vә düşmәnin fәaliyyәtlәrini qabaqlamağa imkan verir. Bu mәqalәdә ümumqoşun әmәliyyatlarında PUA-nın yeri vә rolu haqqında әtraflı mәlumat verilir.

PUA haqqında ümumi mәlumatlar vә onun inkişaf tarixi


Pilotsuz uçuş aparatı − bortunda pilot (ekipaj) olmadan uçuş hәyata keçirәn, yerdәn, havadan, digәr gәmi bortundan, kosmosdan, yerüstü idarәetmә stansiyası (YİS) vasitәsilә uzaq mәsafәdәn idarә edilәn, yaxud da tam avtonom şәkildә proqramlaşdırılan hava vasitәsidir. PUA-lara mürәkkәb sensor, avtopilot, nәzarәt, müşahidә vә nәzarәt-kompleks sistemlәri quraşdırılır. PUA-lar vasitәsilә kәşfiyyat vә ya müşahidә aparmaq, istәnilәn hәdәfin koordinatını müәyyәn etmәk pilotlu tәyyarәlәrә nisbәtәn çox asandır. Müasir müharibәlәrdә PUA-lar çox önәmli rola malik texnologiyaya çevrilib. PUA-lar uzun bir inkişaf yolu keçib. PUA-dan real müharibәdә istifadә ilk dәfә 1849-cu il avqust ayının 22-dә baş verib. Hәmin müharibәdә Avstriya Ordusu hava balonlarına bomba quraşdıraraq Venesiya şәhәrinә hücum planlaşdırdı. Bu balonlar yer vә gәmidәn idarә edilirdi. Müharibә zamanı bәzi balonlar külәyin tәsiri nәticәsindә istiqamәtini dәyişәrәk hәdәfdәn kәnar әrazidә vә ya heç hәdәfә çatmadan partlamışdı.

Birinci Dünya müharibәsi zamanı mühәndislәr tәrәfind әn yeni növ hava balonları vә bombalar istehsal edilmәyә başlandı. 1915-ci ildә Britaniya Ordusu almanlara qarşı 1500-dәn çox bomba quraşdırılmış hava balonlarından istifadә etdi. İkinci Dünya müharibәsi әrәfәsindә 30000-dәn çox V-1 bombası istehsal edildi. Bu bombaların әksәriyyәti London vә Afina şәhәrlәrinә atıldı vә minlәrlә insan hәlak oldu. Belәliklә, PUA texnologiyası sürәtlә inkişaf etmәyә başladı. 1982-ci ildә İsrail Ordusu PUA-nı Suriyaya qarşı geniş şәkildә tәtbiq etdi. Hәmin il İsrail Ordusu PUA vasitәsilә minimal itki vermәklә Suriya Ordusunun çox sayda mövqe vә hәrbi texnikasını mәhv etdi. Bundan sonra PUA-lara qarşı maraq daha da artdı vә bir çox ölkәlәrin әsas prioritet vә qazanc sahәsinә çevrildi. Dünyanın bir çox ölkәlәri PUA-nı silahlı qüvvәlәrinin silahlanmasına daxil etmәyә başladı.

PUA-nın istifadәsi vә saxlanması pilotlu hava vasitәlәrinin analoji xәrclәrindәn daha ucuzdur. Әn әsası isә tәyyarә vә helikopter pilotlarının tәhlükәsizliyidir. PUA -nın tәtbiq edilmәsi ilә obyektlәrin, relyef, tәbii maneәlәr, boru kәmәrlәri vә yüksәkgәrginlikli elektrik ötürücü xәtlәrin, elәcә dә avtomobil vә magistral yolların diaqnostik tәdqiqi hәrbçilәrin daha dәqiq әmәliyyat planlaşdırmasına imkan verir.


Xәritәçәkmәdә tәtbiqinә gәlincә isә insan ayağı dәymәyәn elә әrazilәr var ki, ora tәyyarә vә ya digәr nәqliyyat vasitәsilә getmәk mümkün deyil. İstәnilәn hәrbi planlaşdırma vә ya digәr bir prosedur dәqiq aerokosmik xәritә vә mәlumatlar olmadan mümkün deyil. Xәritәçәkmә kimi vacib bir funksiyanın yerinә yetirilmәsi PUA-ların istifadә spektrini bir az da genişlәndirib.

Hәrbi yüklәrin daşınmasında da PUA-lardan geniş istifadә edilir. PUA-lar hәrbi yüklәri lazım olan ünvana helikopterlәrә nisbәtәn daha tez çatdırır. Pilotlu tәyyarәlәr üçün böyük uzunluğa vә bәlli infrastruktura malik enmә zolaqlarına ehtiyac olduqda, PUA-lar kiçik enmә zolaqlarına, kiçik PUA-lar isә istәnilәn әraziyә endirilә bilәr. Eyni zamanda, PUA-lar kompakt ölçülәri sayәsindә dәfәlәrlә az yanacaq sәrf edir ki, bu da iqtisadi cәhәtdәn әsas üstünlüklәrdәn sayılır.

PUA-nın konstruksiyası vә funksionallığı onun tәyinatından asılıdır. Bәzi PUA-lar şifahi olaraq insan komandalarını yerinә yetirә bilir. Belә aparatların daxilindә xüsusi qәbuledici modullar yerlәşdirilir. Hazırda dünyada istehsal edilәn PUA-ların böyük әksәriyyәti hәrbi mәqsәdlәr üçün istifadә olunur. İstifadә qaydalarına görә bu aparatları kәşfiyyat vә zərbə/kamikadze PUA-lara bölmәk olar. Ümumqoşun әmәliyyatlarında taktiki fәaliyyәtin uğurla nәticәlәnmәsindә böyük rol oynamasına baxmayaraq, PUA-lar müharibә zamanı mülki әhalinin hәlak olmasına da sәbәb olur. PUA-ların geniş istifadә edildiyi sahәlәri aşağıda göstәrmәk olar:

kәnd tәsәrrüfatı;
tәcili yardım xidmәtlәri (xilasetmә, polis, ambulans); mәdәn sәnayesi;
tikinti vә quruculuq;
geodeziya vә kartoqrafiya; sığorta;
nәqliyyat, daşınma vә çatdırılma; dövlәt vә bәlәdiyyә xidmәtlәri; KİV vә media;
tәbiәti mühafizә tәşkilatları; elm vә tәhsil;
rabitә vә әlaqә;
şәkil vә video çәkilişi; idman vә әylәncә.


Aşağıda göstәrilәn sahәlәrin inkişafında PUA-lar böyük perspektivә malikdir:


arxeologiya;
infrastrukturun planlaşdırılması;
tәbii fәlakәtdәn xilasetmә vә humanitar yardımın göstәrilmәsi; böyük şәhәrlәrdә ictimai asayişin polis tәrәfindәn qorunması; qaçaqmalçılığın vә narkotikin qarşısının alınması;
tәbiәtin mühafizәsi;
hava proqnozunun öyrәnilmәsi; dәnizin qorunması;
tullantıların idarә edilmәsi; sәnayenin inkişafı;
xәstәliklәrә nәzarәt vә qarşısının alınması; sәhiyyә xidmәtindә;
daşınmaz әmlakın idarә edilmәsi; şәhәrsalma vә dizayn;
satınalmalar әşya, әrzaq, ehtiyat hissәlәri vә kuryer xidmәti; boru kәmәrlәrinin mühafizәsi;
telekommunikasiya; turizm;
tәhlükәsizlik xidmәtlәri vә s.


PUA-nın kateqoriyaları

PUA-lar bir çox fәrqli xüsusiyyәtlәrә malik olduğundan, onları müxtәlif kateqoriyalara bölmәk mümkündür. Müasir müharibәlәrdә uğurla sınaqdan keçdiyi vә daha çox tәlәbat olduğu üçün dünyanın bir çox şirkәtlәri daim yeni növ PUA-ların yaradılması üzәrindә elmi işlәr aparır. Onların quruluşunda vә mәntiq sistemindә yeniliklәr etmәyә çalışırlar. Buna görә dә davamlı olaraq, PUA-ların yeni vә әvvәlki nәsildәn üstün bir növü yaradılır. PUA-lar quruluşuna, tәyinatına, ölçüsünә, funksiyasına, uçuş mәsafәsinә vә növünә, avtonom sәviyyәsinә, mәqsәdinә, taktiki-texniki xüsusiyyәtlәrinә, uçuş müddәtinә, daşıdığı faydalı yükün tipinә, avtomatlaşdırma vә mәntiq sisteminә, GPS naviqasiyasının növünә, mәlumatların hazırlanmasına, proqram tәminatına vә digәr xüsusiyyәtlәrinә görә bir-birindәn fәrqlәnir. PUA istehsal edәn şirkәtlәr hәlәlik heç bir standartlarla mәhdudlaşmır. Buna görә dә PUA-lar müasir kәşfiyyat vasitәlәrinin әn perspektivli növü kimi qalır, onların tәtbiqi sahәlәri genişlәnir, konstruksiyası, idarәetmә sistemi daim tәkmillәşir, imkanları, uçuş uzaqlığı vә müddәti artır. Dünyanın bir çox inkişaf etmiş ölkәlәrindә PUA-nın inkişafı ilә bağlı layihәlәr әn perspektivli texnologiyaların siyahısına daxil edilib. Onların hәrbi sahәdә istifadәsi әhәmiyyәtli üstünlüklәrә nail olmağa imkan verir. PUA-ları aşağıdakı kateqoriyalara bölmәk olar.


Ümumqoşun әmәliyyatları zamanı hәr bir komandir tabeliyindә olan bölmәlәrә kәşfiyyat mәlumatlarını real vaxt rejimindә ötürmәli, hәdәflәrin dәqiq koordinatını tәyin etmәli, düşmәnә atәşlә zәrәr vurmalı vә vurulmuş zәrәri qiymәtlәndirmәlidir. PUA-lar ümumqoşun komandirlәri üçün gecә vә gündüz şәraitindә müşahidә vә kәşfiyyat aparan, düşmәn müdafiәsinin dәrinliyindә hәdәflәri aşkar edәn әsas vasitәlәrdәn biridir. PUA sistemlәrinin tәtbiqi komandirlәrә düşmәni tam incәlәmәyә, onun zәif vә güclü tәrәflәrini müәyyәn etmәyә, döyüş tәrkibini vә qoşun qruplaşmasını aşkar etmәyә imkan verir. Bu üstünlüklәrin olması ümumqoşun komandirlәrinә döyüş әmәliyyatlarının gedişindә öz bölmәlәrini düzgün idarә etmәyә, yüksәk sürәt vә dәqiqliklә manevr etmәyә, önәmli qәrarların qәbulu zamanı PUA sistemi komandanlığa vә idarәetmә orqanlarına real vaxt rejimindә döyüş meydanına nәzarәt etmәyә vә düşmәnin fәaliyyәtlәrini qabaqlamağa imkan verir. PUA-lar taktiki fәaliyyәtlәrә hazırlıq vә onun gedişi dövründә yüksәk әhәmiyyәtli hәdәflәrin müşahidәsinin aparılması, döyüş meydanında vәziyyәt barәdә davamlı müşahidә vә komandirlәri kәşfiyyat qrupları tәrәfindәn verilә bilinmәyәn mәlumatlarla tәminetmә imkanlarına malikdir.

Kәşfiyyat obyektlәrini, yerdәyişmә zamanı kolonları uzun müddәt әrzindә müşahidә etmәk, geniş әrazidә yerlәşәn hәdәflәri aşkarlamaq vә onların fәaliyyәtini izlәmәk, elәcә dә komandirlәri real vaxt rejimindә videomәlumatla tәmin etmәk vә s. PUA sistemlәrinin müsbәt tәrәflәridir.

Sürәti az olduğundan tapşırıq yerinә yetirәcәyi rayona yaxınlaşmaq üçün çox vaxt sәrf etmәsi, düşmәnin radioelektron susdurma vasitәlәrinin fәaliyyәtlәrinә qarşı hәssas olması, yüksәk dağlıq әrazilәrdә tәtbiqi zamanı PUA-dan yerüstü qәbuletmә stansiyalarına siqnalların kәsilmәlәrlә çatması vә ya siqnalın tamamilә itmәsi vә s. onun mәnfi tәrәflәridir.

PUA sistemlәri bölmә komandirlәrinә taktiki fәaliyyәtin aparıldığı әrazilәrdә hәdәflәrin aşkarlanması, sonradan yüksәk effektivliklә mәhv edilmәsi, düşmәnin ehtimal edilәn fәaliyyәt xarakterinә nәzarәt, qüvvә vә vasitәlәrin yerdәyişmәsi, müәyyәn istiqamәtlәrә cәmlәşdirilmәsi kimi vacib fәaliyyәtlәrin aşkarlanmasına şәrait yaradır. PUA sistemlәrindәn istifadә etmәklә bölmә komandirlәri inadla müdafiә edilәn rayonları nәzarәt altında saxlaya bilirlәr. Bu sistemlәr kәşfiyyat mәlumatlarının dәqiqlәşdirilmәsi üçün digәr kәşfiyyat orqanları ilә qarşılıqlı fәaliyyәt göstәrә bilir. PUA sistemlәri, adәtәn, kәşfiyyat qruplarından әvvәl taktiki fәaliyyәt aparılacaq әrazinin hava kәşfiyyatını aparır. Bu qaydalardan düzgün istifadә etmәklә ümumqoşun komandirlәri yerüstü kәşfiyyatın çevikliyini vә imkanlarını artırır. PUA sistemlәri düşmәnin niyyәti haqqında qabaqcadan mәlumat almağa vә bölmә komandirlәrinә düşmәnә qarşı fәaliyyәtlәrә hazır olmağa, qabaqlayıcı tәdbirlәr görmәyә kömәk edir, hәmçinin döyüş sahәsinin kәşfiyyat hazırlığının bütün mәrh әlәlәrindә (planlaşdırmada, hazırlıq işlәrinin aparılması vә icrası vaxtı) bölmә komandirlәrini zәruri mәlumatlarla tәmin edә bilir. Komandir tәrәfindәn әvvәlcәdәn PUA-nın operatoruna hәdәf haqqında әtraflı mәlumat verilmәlidir.


Düşmәn hәdәflәrinin bilavasitә atәşlә susdurulması zamanı PUA-lar digәr aviasiya vasitәlәri ilә toqquşmadan vә artilleriya atәşindәn qorunmaq üçün tәhlükәsizlik mәsafәsindә uçuş yerinә yetirmәli, yaxud da gözlәmә rayonlarına yerdәyişmә etmәlidir. Әgәr PUA-lar hәdәflәrin üzәrindәki rayonda qalaraq atәş zәrbәlәri zamanı kәşfiyyat apara bilmirsә, onda atәş zәrbәlәrindәn dәrhal sonra onlar bu rayona qayıda vә düşmәnә atәş zәrbәlәri nәticәsindә dәymiş ziyan vә itkilәrin qiymәtlәndirilmәsi üçün real vaxta yaxın rejimdә videomәlumatın ötürülmәsini tәmin edә bilәr. PUA sistemlәri taktiki axtarış-xilasetmә әmәliyyatlarının gedişindә, hәmçinin heyәt vә tәyyarәlәrin tәxliyyәsindә istifadә oluna bilәr. PUA sistemlәri xilasetmә әmәliyyatı rәhbәrinә xilasetmә әmәliyyatının yerinә yetirilmә rayonundan tәxliyә qüvvәlәrinin çıxış marşrutlarının kәşfiyyatını aparma imkanı verir. PUA-ların әsas istifadә istiqamәti hava kәşfiyyatının aparılmasıdır. Hava kәşfiyyatının әsas qüvvәsi düşmәn qruplaşmalarının vә onun qoşunlarının yerlәşmә yerlәrini vә tәrkibini aşkar etmәyә yönәlmәlidir.

Әrazinin kәşfiyyatı aparıldıqdan sonra silahlı PUA-lar (vә ya kәşfiyyat-zәrbә kompleksi) vasitәsilә hәdәflәri mәhv etmәk, zenit-raket vasitәlәrini sıradan çıxarmaq, yaxınlaşan düşmәn ehtiyatlarını hәrәkәtdә vә cәmlәşmә rayonlarında aşkar edәrәk onları gecikdirmәk vә ya mәhv etmәk olar. Döyüş fәaliyyәtlәrinin gedişindә vә ya zәrbә endirildikdәn sonra nәticәlәri qiymәtlәndirmәk mәqsәdilә hava kәşfiyyatı tәrәfindәn әraziyә nәzarәt edilir. Kәşfiyyatın bu növü xüsusi olaraq seçilmiş PUA vasitәsilә keçirilir. Kәşfiyyatın nәticәlәri barәdә mәlumat komanda mәntәqәsinә (KM) radiorabitә üzrә vә videoxәtt rabitәsi ilә qәrargahlarda quraşdırılmış monitorlara vә ya döyüş uçuşunun icrasından dәrhal sonra şifahi vә yazılı formada verilir. PUA-nın әsas tapşırığı komandirlәrә kәşfiyyat vә müşahidә aparılmasında, düşmәnә atәşlә zәrәrvurmanın icrasında, real vaxtda kәşfiyyat mәlumatlarının toplanılmasını vә bütün әmәliyyat boyu tapşırıqlara uyğun fәaliyyәtini davam etdirmәsindә kömәk etmәkdir. PUA-lar üçün hәdәfi gündüz vә ya gecә izlәmәk arasında heç bir fәrq yoxdur. PUA aşağıdakı tapşırıqları yerinә yetirә bilәr:

kәşfiyyat üzrә ilkin mәlumatların әldә edilmәsi vә hәrbi qәrarvermә prosesinin tәminatı;
düşmәn müdafiәsindә hәdәflәrin aşkar edilmәsinin tәminatı;
cәbhә aviasiyasının, uzaqvuran artilleriya vasitәlәrinin dәstәyi;
xüsusi diqqәt rayonlarının vә xüsusi әhәmiyyәtli hәdәflәrin müşahidәsi;
yolların, rayonların vә xüsusi zonaların kәşfiyyatının aparılmasının tәminatı; öz qoşunlarımızın arxa rayonlarının tәhlükәsizliyin tәmin olunmasında dәstәk; düşmәnә vurulmuş zәrәrin vә itkilәrin qiymәtlәndirilmәsinin tәminatı;
axtarış-xilasetmә әmәliyyatlarına dәstәyi;
bölmәlәri maddi-texniki vә tibbi vasitәlәrlә tәminetmә; xüsusi tapşırıqlar.
PUA sistemlәri aşağıdakı komponentlәrdәn ibarәt ola bilәr:
pilotsuz uçuş aparatı (PUA);
yerüstü idarәetmә stansiyası (YİS);
yerüstü mәlumat terminalı (YMT anten); aqreqat.
PUA-nın üzәrinә quraşdırılan komponentlәr:
hava mәlumat terminalı; faydalı yük;
radiolokasiya; radiokәşfiyyat; silah sistemi.


Dünya ordularında ümumqoşun әmәliyyatı sәviyyәsindә istifadә olunan PUA-lar

GLOBAL HAWK (RQ-4) uzun mәsafәdә, yuxarı hündürlükdә, gecә vә gündüz, havanın istәnilәn şәrtlәrindә, kәşfiyyat vә müşahidәaparma qabiliyyәtinә malik PUA-dır. ABŞ Ordusu tәrәfindәn strateji vә әmәliyyat sәviyyәsindә istifadә edilir. Qitәlәrarası PUA kimi tanınır.


1. Qanad aralığı − 39.8 m.
2. Uzunluğu − 4.5 m.
3. Hündürlüyü − 4.7 m.
4. Qalxma yüksәkliyi − 18.288 m.
5. Maksimal kütlәsi − 14628 kq.
6. Yanacaq tutumu − 7800 l.
7. Faydalı yükün kütlәsi − 1360 kq.
8. Maksimal sürәti − 575 km/saat.
9. İdarәetmә mәsafәsi − 22000 km.
10. Uçuş müddәti − 34 saat.
11. Mühәrrik − Rolls Royce- F137-RR-100.


HERMES 900 orta hündürlükdә uçuş hәyata keçirәn, uzunmüddәtli davamlılığa malik, İsrail istehsalı olan, ortaölçülü PUA-dır. Hermes 900-ün faydalı yükünә elektro-optik (infraqırmızı) sensorlar, çoxmәqsәdli radar, radioelektron kәşfiyyat, hәmçinin radioelektron mübarizә vә hiperspektral sensorlar daxildir. İsraillә yanaşı, bәzi ölkәlәrin dә silahlı qüvvәlәrinin silahanmasına daxil edilib.


Taktiki-texniki xüsusiyyәtlәri:

1. Qanad aralığı − 15 m.
2. Uzunluğu − 8.3 m.
3. Hündürlüyü − 1.8 m.
4. Qalxma yüksәkliyi − 9100 m.
5. Maksimal kütlәsi − 1100 kq.
6. Yanacaq tutumu − 600 l.
7. Faydalı yükün kütlәsi − 350 kq.
8. Maksimal sürәti − 222 km/saat.
9. İdarәetmә mәsafәsi − 250 km.
10. Uçuş müddәti − 36 saat.
11. Mühәrrik − Rotax 914.


HERON orta hündürlükdә uçuş hәyata keçirәn, uzunmüddәtli davamlılığa malik, İsrail istehsalı olan, ortaölçülü PUA-dır. İsraillә yanaşı, bәzi ölkәlәrin dә silahlı süvvәlәrinin silahanmasına daxil edilib. Bu PUA-lar gecә vә gündüz müşahidәaparma imkanına malik olan elektrooptik kamera, radiolokasiya kәşfiyyatı, radiokәşfiyyat, lazer tuşlayıcı, lazer göstәrici vә lazer mәsafәölçәnlә tәchiz edilib.


Taktiki-texniki xüsusiyyәtlәri:

1. Qanad aralığı − 16.7 m.
2. Uzunluğu − 8.5 m.
3. Hündürlüyü − 1.85 m.
4. Qalxma yüksәkliyi − 9100 m.
5. Maksimal kütlәsi − 1150 kq.
6. Yanacaq tutumu − 620 l.
7. Faydalı yükün kütlәsi − 250 kq.
8. Maksimal sürәti − 222 km/saat.
9. İdarәetmә mәsafәsi − 250 km.
10. Uçuş müddәti − 52 saat.
11. Mühәrrik − Rotax 914.


MQ-1 PREDATOR ABŞ Ordusu vә Mәrkәzi Kәşfiyyat Agentliyi (CİA) tәrәfindәn istifadә edilәn kәşfiyyat, müşahidә vә silahlı PUA-dır. 1995-ci ildә Amerika Silahlı Qüvvәlәrinin silahanmasına daxil edilib. Hәmin ildәn etibarәn Әfqanıstan, Pakistan, Bosniya, Serbiya, İran, İraq, Yәmәn, Albania, Filippin, Livan, Liviya, Suriya vә Somali kimi ölkәlәrdә müharibә zamanı, antiterror әmәliyyatlarında vә ya vәtәndaş müharibәlәrindә geniş istifadә olunub.


Taktiki-texniki xüsusiyyәtlәri:

1. Qanad aralığı − 14.8 m.
2. Uzunluğu − 8.23 m.
3. Hündürlüyü − 2.1 m.
4. Boş kütlәsi − 513 kq.
5. Ümumi kütlәsi − 2250 kq.
6. Qalxma yüksәkliyi − 7600 m.
7. Maksimal sürәti − 217 km/saat.
8. Patrul sürәti − 170 km/saat.
9. İdarәetmә mәsafәsi − 1250 km.
10. Uçuş müddәti − 24 saat.
11. Mühәrrik − Rotax-914F.


ANKA Türkiyә Silahlı Qüvvәlәri tәrәfindәn istifadә edilәn kәşfiyyat, müşahidә vә silahlı PUA-dır. Anka PUA-nın gecә vә gündüz elektrooptik kamera, lazer tuşlayıcı vә lazer göstәrici, lazer mәsafәölçәn, SAR/MTİ-İSAR vә s. faydalı yüklәri daşıma qabiliyyәti vardır.


Taktiki-texniki xüsusiyyәtlәri:

1. Qanad aralığı − 17 m.
2. Uzunluğu − 8 m.
3. Hündürlüyü − 1.7 m.
4. Qalxma yüksәkliyi − 9100 m.
5. Maksimal kütlәsi − 1500 kq.
6. Patrul sürәti − 138 km/saat.
7. Faydalı yükün kütlәsi − 200 kq.
8. Maksimal sürәti − 217 km/saat.
9. İdarәetmә mәsafәsi − 200 km.
10. Uçuş müddәti − 24-32 saat.
11. Mühәrrik − PD170 turbodizel.

"Bayraktar" 2015-ci ildәn etibarәn Türkiyә Silahlı Qüvvәlәri tәrәfindәn istismar edilәn kәşfiyyat, müşahidә vә silahlı PUA-dır. "Bayraktar" PUA-nın gecә vә gündüz elektrooptik kamera, lazer tuşlayıcı vә lazer göstәrici, lazer mәsafәölçәn, TB2, MAM ve MAM-L, UMTAS vә s. tipli faydalı yüklәri daşıma qabiliyyәti var.


Taktiki-texniki xüsusiyyәtlәri:

1. Qanad aralığı − 12 m.
2. Uzunluğu − 6.5 m.
3. Hündürlüyü − 1.35 m.
4. Qalxma yüksәkliyi − 7800 m.
5. Maksimal kütlәsi − 650 kq.
6. Patrul sürәti − 130 km/saat.
7. Faydalı yükün kütlәsi − 55 kq.
8. İdarәetmә mәsafәsi − 150 km.
9. Uçuş müddәti − 24 saat.
10. Maksimal sürәti − 250 km/saat.
11. Mühәrrik − Rotax-912.


"Aerostar" PUA-sı 2000-ci ildәn etibarәn İsrail Silahlı Qüvvәlәrinin silahlanmasına daxil edilib. PUA gecә vә gündüz kәşfiyyat vә müşahidә aparmaq üçün elektrooptik kamera, radiolokasiya vә radiokәşfiyyat antenlәri ilә tәchiz edilib.


1. Qanad aralığı − 7.5 m.
2. Uzunluğu − 4.5 m.
3. Hündürlüyü − 1.2 m.
4. Qalxma yüksәkliyi − 6000 m.
5. Maksimal kütlәsi − 220 kq.
6. Patrul sürәti − 110 km/saat.
7. Faydalı yükün kütlәsi − 50 kq.
8. Maksimal sürәti − 200 km/saat.
9. İdarәetmә mәsafәsi − 200 km.
10. Uçuş müddәti − 12 saat.
11. Mühәrrik − Zanzottrra-498i.


Nәticә

Müasir ümumqoşun döyüşlәrindә bölmәlәrin sürәtlә manevr etmәsi, yüksәk dәqiqliyә malik silah sistemlәrinin, peyk vә digәr uzaqmәsafәli müşahidә cihazlarının geniş tәtbiqi PUA-ların kәşfiyyatın marağında tәtbiqinin vacibliyini artırır. Müasir ümumqoşun әmәliyyatlarının hazırlanması vә müvәffәqiyyәtlә aparılması üçün zәruri olan düşmәn vә әrazi haqqında xәbәrlәrin әldә olunmasında PUA-lar xüsusi yer tutur. Müasir әmәliyyatlarda komandirlәrin görәn gözü olan PUA-dan istifadә etmәdәn düşmәnin fәaliyyәtini izlәmәk, onun qәfilliyini vaxtında aşkarlamaq (istisna etmәk) vә әmәliyyatlarda qalib gәlmәk mümkün deyil.

Mayor Sәmәd Muradov, Silahlı Qüvvәlәrin Hәrbi Akademiyası
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: PUA   İnsansız-vasitələr  


Bizi "telegram"da izləyin